Foto 23:00 26.10.2020

Türkiyədə kamikadze özünü partlatdı (FOTO/YENİLƏNİB)

Hatay valisi Rahmi Doğan "Twitter"də hadisə ilə bağlı açıqlama verib:

"Təhlükəsizlik qüvvələrimiz Payas nəzarət məntəqəsində şübhələndikləri iki terroçunu izləyib və onlardan biri İskenderunda zərərsizləşdirilib. Bu zaman bir partlayış baş verib. İnsan itkisi yoxdur. Əməliyyat davam edir".

"Doğan" xəbər agentliyinin (DHA) əməkdaşı Ufuk Aktuğ da hadisə ilə bağlı son məlumatları verib:

"Bölgədə daha bir nəfərin axtarıldığı bildirilir. Canlı bombanın özünü partlatması nəticəsində ətrafdakı maşınlara və binaların pəncərələrinə ziyan dəyib. İnsan itkisi yoxdur. Canlı bomba Fənərdə özünü partladıb. Digər terrorunun da bölgədə ola biləcəyi ehtimal edilir və axtarış aparılır".
 
22.35

Türkiyədə partlayış olub.

Qaynarinfo "Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Hatayın İskəndərun rayonunda qeydə alınıb. Hadisə yerinə çoxlu sayda polis, xilasedici və tibb işçisi cəlb edilib. Partlayış zamanı avtomobillərə, yaşayış binasına ziyan dəyib.

Ərazi mühasirəyə alınıb. Əraziyə çox sayda polis və ambulans yollanıb.

Hadisənin təfərrüatı açıqlanmır. "Anadolu"nun əməkdaşı xəbər verir ki, partlayış səsi şəhərin bütün ərazilərində eşidilib. Ölən və yaralananların olması barədə açıqlama yoxdu