Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu "Əl-Qaidə" terror təşkilatının sifarişi əsasında öldürən polis Mevlüt Mert Altıntaşın "WhatsApp" qrupundakı gizli mesajları aşkara çıxarılıb.
"Qaynarinfo"nun Türkiyə mətbuatına istinadən məlumatına görə, Ankara Baş Prokurorluğunun apardığı istintaq tədbirləri zamanı qatilin yazışdığı "Sosial hiss" adlı qrupun digər üzvlərinin Suriya və İraqdakı cihadı tənqid etdikləri məlum olub.
Altıntaşın sui-qəsddən 1 gün öncə Əli İmran surəsinin 103-cü ayəsinin yazıldığı bir mesaj aldığı ortaya çıxıb.
Bu ayədən terror təşkilatlarının hücum əmri verərkən kamuflaj məqsədilə istifadə etdikləri qeyd olunur.
Qaynarinfo.Az
Şərhlər