Dünya 15:45 14.02.2020

Türkiyədə subaylıqdan bezən kişidən qeyri-adi aksiya: "Təcili sevgili axtarıram"

Türkiyənin Qaziantep şəhərində subaylıqdan bezən Rəşad Yaşar adlı kişi üzərində "Təcili sevgili axtarıram" yazılmış jilet geyinərək, küçəyə çıxıb.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhər mərkəzində "subaylıq canımdan bezdirdi" deyə qışqıran şəxs bir ay əvvəl ayrıldığı sevgilisinə acıq vermək üçün bu addımı atdığını deyib:

"Mənə "artıq yaşlısan, heç kəs səni bəyənməz", - dedi. Mən də ona bu şəkildə etiraz edirəm. Necə tapa bilərəm deyə düşündüm və ağlıma bu fikir gəldi. Bu gün də sevgililər günü olduğu üçün özümü yetim uşaq kimi hiss edirəm. Küçələrdə sevgili tapmaq üçün gəzirəm və bu gün bir sevgili tapacağıma ümid edirəm".

Küçədə onu görənlər əvvəl təəccüblənsələr də, sonradan bu cəsarətinə görə Yaşarı dəstəkləyib, onunla foto çəkdiriblər.
 
Camal