Mayın 20-də texniki nazaslıq səbəbindən Türkiyənin Tirebolu vilayətində təcili eniş edən Azərbaycan HHQ-yə məxsus Mİ-17 helikopteri təmir olunub.
"Haber Global”ın məlumatına görə, Amasyadakı Merzifon Hava Bazasına uçan helikopterin 6 nəfərlik heyəti vilayət rəhbərliyi tərəfindən qonaq qismində qarşılanıb.
Bu gün nəhayət ki, hərbi helikopterin mühərrikində yaranmış problemlər aradan qaldırılıb və Azərbaycan hərbçiləri qəza bölgəsini tərk edərək Amasiyaya yollanıblar.
Şərhlər