Türkiyəli iş adamı

Türkiyəli iş adamı "Gilan Holdinq"i məhkəməyə verdi

Türkiyəli iş adamı "Gilan Holdinq”i məhkəməyə verdi

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilən "Gilan Holdinq” MMC məhkəməyə verilib.

HİT.Az xəbər verir ki, iddiaçı "Ertok” MMC-dir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır. Artıq iş üzrə hazırlıq iclası keçirilib. Məhkəmə çəkişməsinin səbəbi alqı-satqı müqaviləsi üzrə mübahisələrdir.

"Ertok” MMC 26 noyabr 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Türkiyə vətəndaşı Olcay Aydır. Şirkət təsərrüfat mallarının satışı ilə məşğuldur.

Bundan əvvəl "Gilan Holdinq”ə daxil olan "Gilan İnşaat” şirkəti məhkəməyə verilmişdi.

X
XƏBƏRLƏR
BLOGLAR