Video 17:05 23.09.2019

Türkiyənin silahı Naxçıvanda sınaqdan keçirildi (VİDEO)

Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Hərbi Qarnizonu Türkiyə istehsalı "TR-122 SAKARYA" çox barrelli raketatan sistemindən istifadə edib.
 
Qaynarinfo Haber7-yə istinadən xəbər verir ki, sistem təlim çərçivəsində sınaqdan keçirilib. Hərbi təlim zamanı top, zenit və raket atışları gerçəkləşdirilib.

Qeyd edək ki, "TR-122 SAKARYA" "ROKETSAN" tərəfindən istehsal edilib. Uzun müddətdir Türkiyə tərəfindən istifadə edilən hərbi texnika Azərbaycana da ixrac edilib. 

"TR-122 SAKARYA" 122 mm diametr, 40 km mənzil və 20×2 ədəd işəsalma borusuna sahibdir. Sistem, hədəfə qısa müddət ərzində intensiv atəşi təmin edə bilir.