Dünya 11:06 14.07.2020

Türkiyənin tanınmış yazıçısı vəfat etdi

Türkiyə ədəbiyyatının önəmli yazıçılarından olan Ədalət Ağaoğlu 91 yaşında dünyasını dəyişib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, yazıçı uzun müddət idi ki, müalicə alırdı.

Ötən il verdiyi müsahibələrinin birində həyat yoldaşını itirdikdən sonra özünü yarımçıq hiss etdiyini demiş, "Bu qədər uzun müddət yaşamağı heç istəməmişdim, özümdən sıxıldım", bildirmişdi.

Qeyd edək ki, yazıçı "Ölməyə Yatmaq", "Fikrimin İncə Gülü", "Bir Toy Gecəsi", "Ruh Üşüməsi", "Romantik Bir Vyana Yayı", "Dərd Dinləmə Mütəxəssisi" kimi bir çox romanın müəllifir.

Camal