Texnologiya 11:46 07.11.2019

"Twitter" işçilərinin Səudiyyə üçün casusluq etdiyi üzə çıxdı

"Twitter"in sabiq işçiləri Səudiyyə Ərəbistanı üçün casusluq edib. 

Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı San Fransiskoda məhkəmə işinə start verilib. Məlumata görə, Səudiyyə 1 milyondan çox izləyicisi olan qəzetin və müxaliflərin hesabını izləmək üçün sosial şəbəkə işçiləri ilə əlaqə yaradıb. 2015-ci ildən bəri 6 mindən çox "Twitter" istifadəçisinin hesabına girilib.

Səudiyyə Ərəbistanı bunun qarşılığında işçilərə bahalı saatlar verib, gizli bank hesablarına 10 minlərlə dollar yatırıb. 

Hadisə aşkarlanandan sonra casusluq edən şəxslərdən biri ailəsi ilə birlikdə Səudiyyəyə gedib və geri qayıtmayıb. 

Gülşən