Xəbər lenti

Ucuzdur, deyib almayın - Bu balıq təhlükəlidir
Sağlamlıq 14:14 24.02.2026

Ucuzdur, deyib almayın - Bu balıq təhlükəlidir

Marketlər də satılan ucuz qiymətlii və qılçıqsız, yumşaq quruluşu ilə diqqət çəkən Panqasius balığı, görünən qədər təhlükəsiz deyil. Uzun illər mətbəxlərimizin vazkeçilməzi olsa da, mütəxəssislər bu balığın istehsal prosesi və içindəki risklər barədə ciddi xəbərdarlıq edirlər.

Qaynarinfo xəbər verir ki, ekspertlər bildirir ki, Avropada Panqasius ucuz qiymətə satılmasına baxmayaraq, bazarda ən riskli dəniz məhsullarından biridir. Balığın soframıza gələnə qədər keçdiyi istehsal mərhələləri sağlamlıq üçün ciddi təhlükə yaradır.

Mekonq çayının çirkliliyi

Dünyadakı Panqasius ehtiyatlarının böyük hissəsi Asiyada yerləşən, ən çirklənmiş su yollarından biri olan Mekonq çayından təmin edilir. Çayın suları sənaye tullantıları, ağır metallar, neft məhsulları və ev tullantıları ilə qarışıqdır. Bu şəraitdə yetişən Panqasius suyun dibində yaşayan balıq kimi bütün çirkli maddələri yeyir, nəticədə ətində toksik maddələr toplanır.

Balıq fermalarında vəziyyət daha təhlükəlidir

Balıqların tez böyüməsi üçün aşağı keyfiyyətli yem və böyümə hormonları istifadə olunur. Fermalardakı sıxlıq səbəbindən xəstəliklərin qarşısını almaq üçün isə balıqlara davamlı antibiotik tətbiq edilir. Müstəqil laboratoriya testləri, hətta bişirildikdən sonra da zəhərli maddələrin qalmasını aşkar edib.

Xüsusilə ABŞ və Avropada qadağan olunmuş dərman qalıqlarının bu balığın ətində olması təhlükənin ciddiliyini göstərir.

Mütəxəssislərin tövsiyəsi

Bəslənmə mütəxəssisləri Panqasius balığının müntəzəm olaraq istehlak edilməməsi lazım olduğunu vurğulayır. Bir porsiya ani zərər verməsə də, davamlı istifadəsi orqanizmdə ağır metal və toksinlərin yığılmasına səbəb ola bilər.

Xüsusilə uşaqlar, hamilə qadınlar, xroniki xəstəliyi olanlar və zəif immun sistemi olan şəxslər üçün bu ciddi təhlükədir. Sağlam alternativ olaraq mütəxəssislər daha sərt nəzarət olunan mezgit, morina və ya orfoz kimi balıq növlərini tövsiyə edir.
 
Günay
--> -->