Xəbər lenti

ÇL-in finalında 5 qol: PSJ
İdman 00:52 01.06.2025

ÇL-in finalında 5 qol: PSJ "İnter"ə dərs keçdi (YENİLƏNİB)

UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün qalibi müəyyənləşib.

Qaynarunfo xəbər verir ki, final oyununda İtaliya "İnter"i ilə Fransanın PSJ komandası üz-üzə gəliblər.

Həlledici görüş Almaniyanın Münhen şəhərində - "Alyans Arena"da baş tutub. 

PSJ milanlıları böyük hesabla - 5:0 məğlub edərək tarixində ilk dəfə bu titulu əldə edib. Parislilərə qitə kubokunu oyunda dubl edən Desire Dou, həmçinin, Əşrəf Hakimi, Xviça Kvaratsxeliya və Senni Mayulu qazandırıblar. 

Qeyd edək ki, UEFA Çempionlar Liqasını ən çox qazanan komanda İspaniya təmsilçisi "Real”dır. Madrid klubu 15 dəfə kuboku başı üzərinə qaldırıb.

Finalda iştirak edən komandalardan "İnter” tarixi ərzində 3 dəfə (1963/1964, 1964/1965, 2009/2010) yarışın qalibi adını qazanıb. Fransa klubu isə heç vaxt belə sevinc yaşamayıb.

Turnirin tarixində ən çox qol vuran futbolçu Portuqliya yığmasının və "Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldudur (141).

Qeyd edək ki, UEFA Çempionlar Liqasının son qalibi İspaniyanın "Real” klubu olub.
 
Çempionlar Liqası
Final
 
PSJ - İnter 5:
Qollar: Əşrəf Hakimi, 12. Desire Doue, 20; 62. Xviça Kvaratsxeliya, 63. Senni Mayulu, 87ş

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->