İdman 23:09 01.12.2021

UEFA Mahir Emrelini "Qalatasaray"ın yarımmüdafiəçisi ilə müqayisə etdi

UEFA Avropa Liqasının rəsmi instaqram səhifəsi maraqlı sorğu keçirib.

Qaynarinfo xəbər verir ki, turnirin sosial şəbəkə hesabında Azərbaycan millisinin və Polşa "Legiya"sının hücumçusu Mahir Emreli ilə Türkiyə yığmasının və "Qalatasaray"ın yarımmüdafiəçisi Kerem Aktürkoğlunun fotosu paylaşılıb.

Paylaşımın üzərində isə "Mahir Emreli, yoxsa Kerem Aktürkoğlu?" sözləri yazılıb.

Qeyd edək ki, Emreli cari mövsüm Avropa Liqasının qrup mərhələsində 2 qol vurub.