İdman 01:37 19.06.2023

UEFA Millətlər Liqasının qalibi müəyyənləşdi

Futbol üzrə İspaniya milli komandası Millətlər Liqasının finalında Xorvatiyaya penaltilər seriyasında qalib gəlib.

Qaynarinfo xəbər verir ki, görüş Rotterdamda baş tutub.

Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında ispanlar 5:4 hesabı ilə üstünlük qazanıb.

İspaniya millisi ilk dəfə turnirin qalibi olub. Daha əvvəl Millətlər Liqasının qalibi Portuqaliya (2019) və Fransa (2021) olmuşdu.

Növbəti Millətlər Liqasının 2024-cü ilin sentyabrından 2025-ci ilin iyununa qədər keçirilməsi planlaşdırılır.