Foto 19:00 01.06.2020

Ufoloq Marsda qədim sivilizasiyanın qalıqlarını üzə çıxardı (FOTO)

Məşhur ufoloq, virtual arxeoloq Skott Varinq son tapıntılarını şəbəkə istifadəçiləri ilə bölüşüb. 

Qaynarinfo xəbər verir ki, bu dəfə ufoloqun baxışları Marsa, daha doğrusu, onun səthinə yönəlib. Burada, onun fikrincə, qədim bir sivilizasiyanın səpələnmiş qalıqları diqqət çəkir. (esoreiter.ru)

Ufoloq girişi içəri baxan bir piramidal quruluş tapdığını söyləyib. Piramida təxminən 1 metr hündürlükdədir. Varinq qayalıqda bir qutu içində görünən bir üz olduğunu müəyyən edib. Ufoloqun diqqətini "masa” kimi görünən yuvarlaq bir daş da cəlb edib.

Varinq əmindir ki, Marsın səthinə aid fotoşəkillərdə görünən insan ağlını heyrətə gətirən keçmiş Mars həyatının sübutlarıdır.

Alpər