Xəbər lenti

Uğur qazanmağınıza kömək edən güclü ifadələr - İlk 3-lük...
Dünya 23:05 03.02.2025

Uğur qazanmağınıza kömək edən güclü ifadələr - İlk 3-lük...

Emosional cəhətdən inkişaf etmiş insanlar neqativ düşüncədən qurtulmaq, artıq izahlar verməkdən çəkinmək və hər anı dəyərli dərsə çevirmək üçün üç güclü ifadədən istifadə edirlər. Sadə, lakin təsirli bu yanaşmalar həm işdə, həm də gündəlik həyatda daha şüurlu qərarlar verməyə kömək edir.

Qaynarinfo xəbər verir ki, bu barədə Inc.com saytında məqalə müəllifi, məsləhətçi Castin Bariso yazıb.

Emosional intellektin əsasında insanın öz emosiyalarını dərk edib idarə etmə bacarığı dayanır. Bu, xüsusilə müasir biznes dünyasında liderlər üçün olduqca vacib bir bacarıqdır. 

Müəllifin sözlərinə görə, bəzən emosiyalar bizi elə sözlər söyləməyə və ya elə addımlar atmağa vadar edə bilər ki, sonra buna peşman olarıq. Lakin əgər konkret bir prinsip və ya ifadə ilə hərəkət etsək, qərarlarımızı dəyərlərimizə və prinsiplərimizə uyğun istiqamətləndirə bilərik. Bu, sanki təcrübəli bir şahmatçının vəziyyətdən asılı olaraq ani və düzgün qərarlar verməsinə bənzəyir.

Uzun illər ərzində müxtəlif yanaşmalarla tanış olan Bariso xüsusilə üç ifadəni önəmli hesab edir:

* "Reallığa qayıt" - Özünə bu ifadəni nə qədər tez-tez xatırlatsan, neqativ düşüncələrə qapılmadan irəliləmək və diqqətini vacib məsələlərə yönəltmək bir o qədər asan olacaq.

* "Təşəkkür edirəm, lakin indi kömək edə bilmərəm" - "Mən hazırda çox məşğulam, amma inanıram ki, siz bunu bacaracaqsınız!" - Belə bir yanaşma "yox" deməyə imkan yaradır, həm də artıq izahlar vermədən və günahkarlıq hissi keçirmədən.

"Həyatda bir dəfə" - Hər anın unikal olduğunu və bir daha təkrarlanmayacağını dərk etmək insanın bu günü daha çox qiymətləndirməsinə kömək edir.

Məqalədə qeyd olunur ki, bu üç sadə, lakin güclü ifadədən istifadə etməklə emosiyalarınıza nəzarət edə, daha inamlı və məqsədyönlü hərəkət edə, eyni zamanda həyatınıza daha dərin məna qata bilərsiniz.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->