Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik Almaniyanın yeni kansleri Olaf Şoltsdan Rusiyaya təsir etməyi xahiş edib. Diplomatın sözlərinə görə, Kiyev Berlinin hərəkətlərini gözləyir ki, alman tərəfi Moskvanı "soyuq duş”la təmin etsin.
Qaynarinfo xəbər verir ki, bu məqsədlə o, həmçinin Şoltsu Berlində Normandiya Dördlüyü sammitini çağırmağa və bunu növbəti həftələrdə etməyə səsləyib. Ona görə, bu, Rusiya prezidenti Vladimir Putini danışıqlar masasına qaytarmağa səbəb olardı.
Ukrayna tərəfi Rusiya Federasiyasının müharibəyə hazırlaşdığını iddia edir. "Berliner Zeitung” qəzeti yazır ki, Kiyev Şoltsun diplomatik təşəbbüs göstərəcəyinə ümid edir. O, Krımın və Donbassın işğalına son qoymağa imkan yaratmalıdır.
Melnik həmçinin Almaniyadan Rusiyaya qarşı sərt və ağrılı cəza tədbirlərinin kataloqunun nəşrini tələb edir. Xüsusilə, söhbət Rusiya Federasiyasının Ukraynaya hücumu olacağı təqdirdə Şimal axını 2-nin qadağan edilməsindən getməlidir.
Bundan əvvəl ABŞ və Aİ-nin yeni sanksiyalarının Ukrayna üzərinə eskalasiya olacağı təqdirdə "Şimal axını 2” layihəsinə təsir edə biləcəyi bildirilirdi. Xüsusilə, ABŞ Almaniya hakimiyyət orqanlarından layihədən imtina etməyi xahiş edə bilər.
Bu arada Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin bildirib ki, Rusiya Baş Qərargahı NATO-nun "aydın və dərhal” təhdidinə görə qoşunlarını sərhəd boyu hərəkət etdirir. O əlavə edib ki, alyans infrastruktur qurur və Rusiya sərhədinə yaxınlaşır. Nəticədə Moskva ehtiyat tədbirləri görür. O, həmçinin qeyd edib ki, Rusiya Federasiyasının Ukraynanı guya işğal etməsi ilə bağlı bütün söhbətlər Qərb mediasının uydurduğu təxribatdır.
Alpər
Şərhlər