Xəbər lenti

Ukrayna və Avropa ölkələri sülhməramlı qüvvələrin yerləşdirilməsi haqqında bəyannamə imzaladı
Siyasət 23:39 06.01.2026

Ukrayna və Avropa ölkələri sülhməramlı qüvvələrin yerləşdirilməsi haqqında bəyannamə imzaladı

Ukrayna, Fransa və Böyük Britaniya Rusiya ilə müharibə başa çatdıqdan sonra Ukraynanın müdafiəsi, bərpası və strateji dayanıqlığına dəstək məqsədilə çoxmillətli qüvvələrin yerləşdirilməsi barədə niyyət bəyannaməsi imzalayıb.

Report bu barədə Parisdə keçirilən "istəklilər koalisiyası"nın görüşünün nəticələrinə əsasən xəbər verir.

Sənəd Ukrayna və Fransa prezidentləri Volodimir Zelenski və Emmanuel Makron, həmçinin Böyük Britaniyanın Baş naziri Kir Starmer tərəfindən imzalanıb.
--> -->