Dünya 18:41 02.10.2017

Ukraynada 4 azərbaycanlı diri-diri yandı

Ukraynanın Zaparojye şəhərində 4 Azərbaycan vətəndaşı yanıb. 

"Qaynarinfo" xəbər verir ki, hadisə şəhərdəki “Anqolenka” bazarındakı hosteldə baş verib.  

Məlumata görə, onlardan biri Bakı şəhər sakinidir. O, bu yaxınlarda vətənə qayıtmalı imiş.

Hadisə zamanı həlak olanlardan biri isə hostelin gözətçisidir.

Dəhşətli yanğında ölən azərbaycanlılardan biri Ağdaş, biri Cəlilabad, ikisi isə Sabirabad rayonunun sakinləri olub. Bu barədə Lent.az-a Ukrayna-Azərbaycan Birləşmiş Diasporunun regional təşkilat sədri Həbib Həsənli tərəfindən məlumat verilib. 

O bildirib ki, ölənlərdən üç nəfəri yanğın zamanı tüstündən boğularaq, dünyasını dəyişib. Bir nəfər isə faciəvi hadisədə tamamilə yanıb.

Qaynarinfo.Az