Fevralın 20-də Ukraynada keçiriləcək futbol üzrə UEFA Avropa Liqasının 1/16 final mərhələsinin 3 matçı ölkədəki qarşıdurmalar səbəbindən təxirə salına bilər.
Trend-in məlumatına görə, UEFA daha əvvəl "Dinamo" (Kiyev) - "Valensiya" matçının keçirilməsinə icazə versə də, hazırda bu qərara yenidən baxıla bilər.
Sabah isə Avropa Liqası çərçivəsində "Çernomorets" (Odessa) - "Lion" (Fransa) və "Dnepr" - "Tottenhem" oyunları keçirilməlidir.
Qaynar.info
Şərhlər