Ukraynada azərbaycanlı kriminal avtoritet öldürüldü

Ukraynada azərbaycanlı kriminal avtoritet öldürüldü

Ukrayna paytaxtı Kiyevin Desnyanskiy rayonunda kriminal aləmdə "Maqa" ləqəbi ilə tanınan, Azərbaycan vətəndaşı, 1994-cü il təvəllüdlü, əslən Bakıdan Hüseynov Məhərrəm İzzət oğlu öldürülüb.

Qaynarinfo report-a istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki bazarların biri ilə bağlı mübahisə zəmnində baş verib.

Avqustun 10-da baş vermiş insident zamanı M.Hüseynov ürək nahiyəsindən aldığı bıçaq zərbəsindən yerindəcə ölüb.

Artıq Desnyanskiy rayon polisi hadisəni törətməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb və rayon məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Saxlanılanlar arasında Azərbaycan vətəndaşı, 1991-ci il təvəllüdlü, əslən Astara rayonundan olan Ağayev Cavid adlı azərbaycanlı da var.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR