Xəbər lenti

Ukraynada həlak olan mülki şəxslərin sayı açıqlandı
Dünya 08:27 09.03.2022

Ukraynada həlak olan mülki şəxslərin sayı açıqlandı

Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində həlak olan və yaralanan mülki şəxlərin sayı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının İdarəsi məlumat yayıb.

Bildirilib ki, müharib başlayandan indiyədək 474 mülki vətəndaş həlak olub, 861 nəfər xəsarət alıb. 

Qeyd edilir ki, itkilər daha çox ola bilər. Hadisələrin baş verdiyi yerlərdən gələn bir çox hesabat hələ də əlavə təsdiq tələb edir. Döyüşlərin davam etdiyi bəzi yerlərdən məlumat almaq isə gecikir”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->