Ukraynada koronavirusun yayılması təhlükəsi səbəbiylə Nazirlər Kabineti ümummilli karantin elan edilib.
Qaynarinfo xəbər verir ki, bu haqda Ukraynanın hökumət portalı məlumat verib. Bu qərarla əlaqədar olaraq bir sıra məhdudiyyətlərin tətbiq olunacağı bildirilib.
Məhdudiyyət 200-dən çox insanın iştirak etmək istədiyi kütləvi tədbirlərə təsir edəcək – artıq bu miqyasda tədbirlərin hamısı qadağandır. Məhdudiyyət dövlət fəaliyyəti ilə əlaqəli tədbirlərə şamil edilmir.
Bundan başqa sərhəd-keçid məntəqələrinin əksəriyyəti bağlanacaq. 219 məntəqədən yalnız 49-u fəaliyyət göstərəcək.
Ölkədəki idman tədbirləri yalnız beynəlxalq təşkilatların icazəsi ilə və tamaşaçısız mümkün olacaq. Həmçinin, bütün təhsil müəssisələrinə üç həftə müddətində karantin tətbiq ediləcək. Bundan əlavə, Ukrayna koronavirus yayılmasının yüksək olduğu ölkələrlə hava səyahətini dayandırır.
Qeyd edək ki, Ukraynada yalnız bir koronavirus infeksiyası hadisəsi qeydə alınıb. Bundan əvvəl Kiyev meri Vitali Kliçko şəhərdə karantin tətbiq olunduğunu elan edib. Beləliklə əyləncə mərkəzləri bağlanacaq, məktəb şagirdləri distant təhsilə keçiriləcək.
Alpər
Şərhlər