Xəbər lenti

Ulən, bəlkə sən düz eləmirsən?
Elməddin Muradlı
Ölkə 10:46 05.05.2019

Ulən, bəlkə sən düz eləmirsən?

Elməddin Muradlı

Bir şüşənin zibilinə düşmüşük...

Heç bilirsinizmi avtomobilin arxa qapı şüşələrinin tünd olmasının qadağan edilməsi Azərbaycana gətirilən avtomobillərin qiymətini necə təsir edir? 

Xaricdən gətirilən elə maşın var ki, Azərbaycanda onun arxa şüşələrini dəyişmək bəzən 10 min manatdan baha olur. 

Şüşə cəhənnəm, onun dəyişdirilıməsi də avtomobilə bir başqa ziyan vurur. 

Təsəvvür edin, dünyaya meydan oxuyan Almaniya, Yaponiya, Amerika kimi ölkələr arxa yan şüşələri tünd olan avtomobil istehsal edir, amma bizim burnunun ucunu güclə görən bəzi savadsız məmurlar mənasız qadağa qoyaraq insanların büdcəsinə boş şeylərə görə ziyan vurur. 

Bir dənə alışqan istehsal edə bilmir, Almaniyaya, Yaponiyaya, Amerikaya demək istəyir ki, sən düz eləmirsən. 

Ulən, bəlkə sən düz eləmirsən?

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->