phrase_var_qaynar. 18:27 05.11.2021

"Uşaqlar doğulandan bir neçə ay sonra peyvənd olunacaq" - Professor

"Gələcəkdə bütün uşaqlar peyvənd olunacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında tibb elmləri doktoru, professor Nəsib Quliyev Azərbaycanda vaksinasiya yaşının azaldılmasından danışarkən deyib. O bildirib ki, dünyaya gələn uşaqlar doğulandan bir neçə ay sonra peyvənd olunacaq:

"Hazırda tədqiqat aparılır. Bütün təcrübələr sınaqdan keçiriləndən sonra bu proses həyata keçiriləcək. Bir ilə kimi bütün yaş qrupunu əhatə edən uşaqlar peyvənd olunacaq. Onlara aşağı doza peyvənd vurulacaq".

Qeyd edək ki, Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev Azərbaycanda vaksinasiya yaşının azaldılmasının mümkünlüyü bildirib. O, "Çində "Sinovac” vaksininin üç yaşdan böyük uşaqlar üçün istifadə olunması ilə bağlı tədqiqatlar aparılır. Yekun nəticələr əldə olunan kimi ekspert qruplarımızla müzakirə olunacaq və bundan sonra qərar qəbul ediləcək”-deyə vurğulayıb.

Bahar Rüstəmli

Oxşar xəbərlər