Xəbər lenti

Uşaqlara görə verilən müavinət artırılacaq
Ekonomiks 23:27 24.03.2020

Uşaqlara görə verilən müavinət artırılacaq

Azərbaycanda üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinət artırılacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində qeyd olunub.

Sazişə əsasən, tərəflər üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinətin artırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi barədə öhdəlik götürüblər.

Eyni zamanda, "Sosial sığorta haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->