İdman 09:56 29.05.2019

Vahid Nəzərovun oğlu dünya çempionatına yollanır

İyunun 1-dən 9-na qədər Ficinin paytaxtı Suvada gənclər arasında ağır atletika üzrə dünya çempionatı keçiriləcək.

Qaynarinfo Unikal.org-a istinadən xəbər verir ki, 51 ölkədən 311 atletin (161 oğlan və 150 qız) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də körpücük üzərinə çıxacaqlar.

Azərbaycanı dünya çempionatında iki atlet təmsil edəcək. Bunlar qızlarda 55 kq çəki dərəcəsində Səbinə Əzimova, oğlanlarda isə 102 kq çəki dərəcəsində Əliş Nəzərovdur. 

Qeyd edək ki, Əliş Nəzərov beynəlxalq dərəcəli hakim, Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ idman ustası Vahid Nəzərovun oğludur.