Vaksin olunmayan müəllimlərə məhdudiyyətlər tətbiq oluna bilər (VİDEO)

Vaksin olunmayan müəllimlərə məhdudiyyətlər tətbiq oluna bilər (VİDEO)

''Aparılan uğurlu vaksinasiya ilə əlaqədar məktəblərdə ənənəvi tədris bərpa olunub''.

Bunu jurnalistlərə açıqlamasında 172 saylı məktəbin açılışında iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, vaksin olunmayan müəllimlərlə bağlı müəyyən məhdudiyyətlər tətbiq oluna bilər.

Mehriban Vəliyeva bildirib ki, sıxlıq müşahidə olunan məktbələrdə tədris prosesi növbəlilik əsasında təşkil edilə bilər.

BŞTİ müdiri valideynlərin məktəbə buraxılmamasına da münasibət bildirib. O, valideynlərin bu məsələyə anlayışla yanaşmalarını tövsiyə edib.

Qeyd edək ki, yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 310 məktəbdə əyani tədris bərpa olunub. Cari ildə Bakıda tikilən yeni 8 məktəbdən 5-də işlər tamamlanıb və istifadəyə verilib. 3 məktəbdə isə tikinti işləri davam edir.

Qaynarinfo Xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

XƏBƏRLƏR
BLOGLAR
X