Vanqanın koronavirus və Trampla bağlı proqnozu düz çıxdı (İDDİA)

Vanqanın koronavirus və Trampla bağlı proqnozu düz çıxdı (İDDİA)

Sosial media bu iddia ilə sarsılır: Kor görücü Vanqa nənə koronavirusu proqnozlaşdırıb!

Qaynarinfo xəbər verir ki, proqnozları ilə dünyaya damğa vuran Vanqa izləyicilərinin çoxu tərəfindən 16-cı əsrin "peyğəmbəri” Nostradamusla eyni hesab olunur. 

1911-ci il təvəllüdlü bolqar mistik Vangeliya Pandeva Quşterova Rusiyanın sualtı gəmisi "Kursk"un batacağını əvvəlcədən xəbər vermişdi. İzləyiciləri indi Vanqanın ölümcül koronavirus pandemiyasını proqnozlaşdırdığını da iddia edirlər.

İlk dəfə 2019-cu ilin sonlarında Çində ortaya çıxan koronavirus bütün dünyada 195.26 milyondan çox insana yoluxub və 28 iyul 2021-ci il tarixinə 4.18 milyondan çox insanı öldürüb.

Virusun qəfildən ortaya çıxması bir çox sui-qəsd nəzəriyyəçisinin bunun ortaya çıxmasının arxasında fövqəltəbii bir səbəb axtarmasına səbəb oldu. "Twitter”, Vanqa izləyicilərinin şərhlərindən bəhs edir.

Bir istifadəçi "Twitter"də bunları yazıb: "Koronavirusun gəlişini proqnozlaşdıran Vanqa (1996), 2020-ci ildə Pakistan, Çin, Yaponiya və Alyaskanı su basacağını, 2021-ci ildə isə Asiyanın tamamilə su altında qalacağını deyib. O, güclü zəlzələ olacağını da iddia edir”.

Başqa bir şəxs belə tvit atıb: "Kimsə Nostradamus və Vanqanın bunu proqnozlaşdırdığını başa düşürmü? Yaşlı görücü bütün bunları dəqiq bilirdi”. 

Digər bir "Twitter” istifadəçisi "Koronavirusu proqnozlaşdıran kor mistik Vanqa Trampın sirli xəstəliyə yoluxacağını deyib”.

Vanqa Tramp barədə bunları deyib: "Tramp onsuz da mənə olduqca xəstə görünür. Mən onun pis olmasını istəmirəm, hərəkət və danışma tərzi, gücü olmayan biri kimidir. Çaşqındır və çətinliklə dayanır”.

Xəyal Abdullayev
XƏBƏRLƏR
BLOGLAR
X