Ölkə 09:36 25.01.2021

Vasif Talıbov məmuru işdən çıxararaq yeni vəzifə verdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdir müavini vəzifəsindən azad edilib.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, şöbə müdirinin müavini Sahir Kamil oğlu Rüstəmov işdən çıxarılıb.

Daha sonra o, "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin sədr müavini təyin edilib.