Vasili Koltaşov: Paşinyan ABŞ-ın istədiyi kimi davranır

Vasili Koltaşov: Paşinyan ABŞ-ın istədiyi kimi davranır

Təqribən iki ay əvvəl Cənubi Qafqaz bölgəsində nəqliyyat dəhlizlərinin açılması barədə söhbətlər gedib. O vaxtdan bəri vəziyyət düzəlməyib, İrəvan hələ də regional əməkdaşlığa qarşı çıxır, əlavə olaraq, erməni tərəfi Zəngəzur ətrafında gərginliyi artırır.

Rusiyalı iqtisadçı, Yeni Cəmiyyət İnstitutunun direktoru Vasili Koltaşov bununla bağlı vəziyyəti Caliber.Az-a şərh edib.

O, bu məsələdə erməni tərəfinin olmadığını bildirib.

"Bu, o demək deyil ki, Ermənistan yoxdur, var. Ancaq İrəvanda müstəqil qərar qəbuletmə mərkəzi yoxdur. Ermənistan iqtisadi məqsədəuyğunluqla hərəkət etmir. Nikol Paşinyan hökumətinin rəhbərliyi ABŞ-ın istədiyi kimi davranır”, - deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, İrəvanın bu açıqlamasının və hətta bəzi hərəkətlərinin səbəbini son ayların ümumi beynəlxalq gərginliyində axtarmaq lazımdır:

"Vaşinqton əmin olub ki, öz marşrutlarını, ticarət sxemlərini və uzunmüddətli münasibətlərini quran Rusiyaya, ümumilikdə Avrasiya ölkələrinə qarşı cəbhədən hücum alınmayacaq. Buna görə gərginlik zonaları yaratmaq lazımdır”.

O, Ermənistandan fərqli olaraq Azərbaycanın müstəqil administrasiyaya sahib olduğunu vurğulayıb.

"Dövlət var. Düşünmək olar ki, başqa necə ola bilər? Ancaq bir çox ölkənin, o cümlədən Ermənistanın müstəqilliyi yoxdur, bu barədə dəfələrlə danışmışam. İrəvan müharibənin nəticələrinə, öz iqtisadi maraqlarına uyğun davranmır. Onlar iqtisadi cəhətdən "revanşa” və yeni imkanlara effektiv inteqrasiya edərək uğur qazanmağa çalışmırlar. Bu, Ermənistanı yalnız daha çox durğunluğa və tənəzzülə apara bilər”, - deyə müsahib qeyd edib.

"Və əlbəttə ki, Nikol Paşinyanın Rusiyanı bir növ qarşıdurmaya sürükləməyə, hətta bu münaqişəni yaratmağa çalışdığı hissi var. Bu, Vaşinqtonun maraqları naminə edilir”, - deyə V.Koltaşov vurğulayıb.
X
XƏBƏRLƏR
BLOGLAR