Vəhşi heyvanlar Zərdab rayonunun "32 hektar” adlanan yaşayış massivinə hücum edib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Rayon sakini, 1964-ci il təvəllüdlü Zeynəb Şamil qızı Hüseynovaya məxsus fərdi təsərrüfata hücum edən vəhşi heyvanlar hində olan 34 baş toyuq-cücənin hamısını tələf edib.
Ev sahibi toyuq-cücənin çaqqalların tələf etdiyini güman edir. Sakinlər analoji hadisələr rayon ərazisində tez-tez baş verdiyini deyirlər.
Şərhlər