Ölkə 12:45 16.09.2020

Vəkili Tofiq Yaqublu ilə görüşdü

Müsavat Partiyasının fəalı Toqif Yaqublunun vəkili Aqil Layic onunla görüşüb. 

Qaynarinfo xəbər verir ki, Aqil Layic Tofiq Yaqublunun durumunun kritik olduğunu bildirib. Vəkilin sözlərinə görə, müvəkkili artıq maye qəbulundan da imtina etmək niyyətindədir. 

Tofiq Yaqublunun qızı Nigar Həzi isə deyib ki, artıq atasının gözləri zəifləyib: "Həkim Adil Qeybulla bildirdi ki, həkim nəzarətində olsa da, heç bir qida, yaxud qida tərkibli pereparatlar qəbul etmir. Bu isə onun səhhətinə ciddi təsir göstərir. Komaya düşmək təhlükəsi hələ də qalır”.

Tofiq Yaqublunun qızı əlavə edib ki, atası aksiyanı davam etməkdə israrlıdır: "Bizim çağırışlarımızın da faydası olmayacaq. Çünki o aksiyanı dayandırmaq niyyətində deyil. Bildirib ki, sona qədər aclığı davam etdirəcək”