Bu gün vəkilliyə yeni qəbul edilən şəxslərin andiçmə mərasimi keçirilib.
Qaynarinfo xəbər verir ki, tədbirdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, millət vəkilləri, xarici ölkələrin səfirləri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV nümayəndələrinin iştirakı ilə vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib.
Peşəyə buraxılan 266 nəfər qanunuvericiliklə nəzərdə tutulmuş qaydada vəkil andı içib. Onlara yeni nəsil Vəkillər Kollegiyası üzvünün vəsiqəsi təqdim edilib. Beləliklər, ölkə üzrə vəkillərin ümumi sayı 1500-ü ötüb.
Şərhlər