Dünya 11:46 26.03.2019

Venesuela yenə işıqsız qaldı

Dünən Venesuelanın ikinci böyük elektrik böhranı yaşanıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin 88 faiz hissəsində işıq olmayıb. Xüsusilə Karakas, Marakaibo, Barinas, Valensiya, Lara, Araqua, Falkan, Merida və qismən Nueva Esparta əyalətlərində gecə saat 22:00-dan etibarən elektriklər kəsilib.

Ümumilikdə problem ölkənin 20 əyatətində müşahidə olunub.

Qeyd edək ki, analoji hadisə martın əvvəllərində də yaşanmış, demək olar ölkənin bütün ərazisi işıqsız qalmışdı. Hadisə ölkənin su elektrik stansiyasına haker hücumu səbəbindən baş vermiş və Venesuela rəsmiləri bunda ABŞ-ı və müxalifəti günahlandırmışdılar. Müxalifət lideri Xuan Quaydo isə hadisənin hakimiyyətin səriştəsisliyi səbəbindən baş verdiyini demişdi.