Xəbər lenti

Vergilər Nazirliyi Mübariz Mənsimovun işini araşdırır
Ölkə 18:27 22.01.2018

Vergilər Nazirliyi Mübariz Mənsimovun işini araşdırır

Rusiya Federasiyasının Federal Vergilər Xidməti xarici şirkətlərin Mübariz Mənsimova məxsus "Palmali” şirkətinin nizamnamə kapitalında payın alqı-satqısı üzrə bağladığı sövdələşmələrin qanunamüvafiqliyini yoxlayır.

Virtualaz.org news.ru-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının təhlükəsizlik və kurrupsiya ilə mübarizə komitəsinin sədrinin birinci müavini Dmitri Savelyev məlumat verib.

Mənbə xatırladır ki, əvvəllər bu cür xahişlə parlament üzvü Rusiya Federasiyasının istintaq orqanlarına müraciət etmişdi. Onun sözlərinə görə, "Palmali”nin iştirakı ilə vergi cinayətləri barədə "Moskovski komsomolets” nəşrindəki yazıdan sonra xəbər tutub. Həmin yazının müəllifləri iddia edirlər ki, türkiyəli iş adamı Mübariz Mənsimovun əməlləri üzündən Rusiyanın dövlət büdcəsi on milyonlarla dollar vəsait itirib.



Sənədlərə əsasən, 2013-cü ilin sonlarında Rostovda qeydiyyatdan keçmiş "Palmali” MMC-nin səhmlərinin sahibi olan Türkiyə şirkəti "Palmali” Gemi Hizmetleri ve Agentelik Anonim Sirketi Rusiyadakı firmanı satmağı qərara alır. Alıcı kimi isə Maltada qeydiyyatdan keçmiş "Palmali Holding Co. Ltd” çıxış edir. Baxmayaraq ki, hər iki şirkətin sahibi eyni adamdır-Mübariz Mənsimovdur. Başqa sözlə, bu alqı-satqı bir cibdən alıb o biri cibə qoymaqdır. Hərçənd "Deloitte Malta” audit şirkətinin hesabatına əsasən "Palmali” MMC 230 milyon dollara satılıb.

Bu sövdələşmənin əsasında "Palmali” Gemi Hizmetleri və Agentelik Anonim Sirketi 2013-cü ildə "Palmali Holding Co. Ltd”-dən avans kimi 140 milyon dollar alıb. 2014-cü ildə isə pulun qalanı-40 milyon dollar ödənilib. Baxmayaraq ki, "Palmali” MMC-nin səhmlərini "Palmali Holding Co. Ltd” 2014-cü ilin yanvarında almışdı. Ən maraqlısı isə budur ki, alqı-satqı müqaviləsi 2015-ci il noyabrın 5-i tarixə imzalanıb. Lakin müqavilədə şirkətin 230 milyon dollara yox, 38 dəfə ucuz-6.1 milyon dollara satıldığı göstərilir. Nəticədə Türkiyə şirkəti Rusiya büdcəsinə 44.8 milyon dollar vergi ödəməli olduğu halda cəmi 1.22 milyon dollar ödəyib.

Daha öncə bildirdiyimiz kimi, Rusiya Dövlət Dumasının deputatı, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədrinin birinci müavini Dmitri Savelyev qalmaqallı azərbaycanlı oliqarx Mübariz Mənsimovun şirkəti barədə faktların araşdırılması üçün İstintaq Komitəsinə sorğu göndərib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->