Vətən Müharibəsi şəhidi Mahmudov Tamerlanın anım günü qeyd olundu (FOTO)

Vətən Müharibəsi şəhidi Mahmudov Tamerlanın anım günü qeyd olundu (FOTO)

Xətai rayonunda Vətən Müharibəsi şəhidi Mahmudov Tamerlan Fuad oğlunun Xudu Məmmədov küçəsində yaşadığı binanın fasadına vurulmuş xatirə lövhəsinin açılış mərasimi keçirilib.

Qaynarinfo oxu.az-a istinadla xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, döyüş və iş yoldaşlarğı iştirak ediblər. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Vaxtı ilə Tamerlan Mahmudovun da sıralarında xidmət etdiyi hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Şəhidimizin ruhuna dualar oxunub. Sonra çıxış edənlər Vətən müharibəsində əldə olunmuş böyük zəfərimizdən, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şücaətindən, xalqımıza bəxş etdiyi böyük sevincdən söz açıldı.

Bildirildi ki, 28 il düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu səbəbdən də bu qələbəni bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaq. Sonra şagirdlərin ifasında ədəbi-bədii kampazisiya təqdim olunub. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
XƏBƏRLƏR
BLOGLAR
X