Video 20:08 14.04.2021

Vətən müharibəsində ağır travma alan qazinin ailəsi danışdı (VİDEO)

Sosial şəbəkələrdə Vətən müharibəsində iştirak etmiş daha bir qazinin ciddi müalicəyə ehtiyacı olduğunu bildirən videogörüntülər yayılıb.

Baku TV xəbər verir ki, Ağdaş rayonun Ovuçlu kəndində yaşayan 1995-ci il təvvəlüdlü Şahmar Tarverdiyev müharibədə ciddi travma alıb.

Qazinin ailəsi bildirib ki, Ş.Tarverdiyevin vəziyyətindən ciddi sarsıntı keçiriblər.

Yayılan görüntülərdən sonra Ş.Tarverdiyev Bakıya gətirilib. O, Maştağada yerləşən  1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Ətraflı süjeti təqdim edirik: