Vətən müharibəsi şəhidi əsgər Balakişiyev Zamin Dadaş oğlu torpağa tapşırılıb.
"Report"un məlumatına görə, şəhidimiz Sabirabad rayonunun Qaralar kəndində dəfn edilib.
Qeyd edək ki, Zamin Balakişiyev 2001-ci ildə Sabirabad rayonunun Qaralar kəndində anadan olub. Ali Baş Komandanın sərəncamı ilə "Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.
09.40
Qaynarinfo APA-ya istinadən məlumat verir ki, koma vəziyyətində olan qazinin uzunmüddətli müalicələrinə baxmayaraq, onun həyatının xilas etmək mümkün olmayıb və o, şəhidlik zirvəsinə yüksəlib.
Şəhid əsgər sabah, martın 8-də Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Zamin Balakişiyev Azərbaycan Prezidentin sərəncamı ilə "Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!