Ölkə 10:37 16.09.2021

Vilayət Eyvazov DYP rəisini işdən çıxardı, yeni vəzifə verdi

Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis mayoru Koroğlu Quliyev tutduğu vəzifədən azad edilib.

Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə, o, Füzuli RPŞ-nin baş əməliyyat müvəkkili vəzifəsinə təyinat alıb.

Hələlik Füzuli DYP-nin rəisi vəzifəsinə təyinat yoxdur.