Vilayət Eyvazov generalı vəzifəsindən azad etdi

Vilayət Eyvazov generalı vəzifəsindən azad etdi

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev vəzifəsindən azad olunub.

"Report” xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, S.Mirzəyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

DİN-in Mətbuat Xidmətindən "Report”a faktı təsdiq ediblər.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR