Ölkə 10:52 02.12.2021

Vilayət Eyvazov iki yüksək rütbəli polisi nöqsanlara görə işdən çıxardı

Şəmkir rayon Polis Şöbəsinin iki yüksək rütbəli əməkdaşı vəzifəsindən azad edilib.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Vilayət Eyvazov əmrlər imzalayıb. Nazirin əmrləri ilə şöbənin xidmət üzrə rəis müavini, polis polkovniki İlqar Əliyev və İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Vüqar Məmmədov vəzifədən azad edilərək sərəncama götürülüb. 

Məlumata görə, hər iki şəxs xidmətdə yol verdikləri nöqsanlara görə vəzifədən çıxarılıb.