"Real"ın braziliyalı ulduzu futbolçu Vinisius Junior bu gün "Santyaqo Bernabeu"da keçiriləcək İspaniya - Braziliya yoldaşlıq oyunu öncəsi mətbuat konfransı keçirib.
Qaynarinfo-nun məlumatına görə futbolçu irqçilikdən danışarkən göz yaşlarını saxlaya bilməyib.
O açıqlamasında, "Futbol oynamaq vacibdir, lakin irqçiliklə mübarizə daha da önəmlidir. Qaradərililər normal həyat sürməlidirlər. Bu baş verərsə, klubumun matçlarına yalnız futbol oynamağa fokuslanaraq gedəcəyəm. İstədiyim tək şey futbol oynamağa davam etmək və hər kəsin normal yaşamasıdır. Təəssüf ki, bu hadisələr burada (İspaniyada) hər matçda olur və hər bir cinayət şikayəti məni daha da pisləşdirir. Dünyadakı hər qaradərili kimi. Bu, üzücü bir şeydir. Amma olur. Təkcə İspaniyada deyil, bütün dünyada belədir. Oxşar şeylər atamın başına da gəlirdi. Qaradən əvvəl ağdərili seçirdilər. Mən bilirəm. Gələcəkdə başqalarının da eyni problemlə üzləşməsinin qarşısını almaq üçün mübarizə aparıram. Cənubi Amerika Futbol Federasiyalarından (CONMEBOL), CBF-dən (Braziliya Futbol Federasiyası) UEFA, FİFA-dan kömək istədim.
" - ifadələrini işlədib.
İrqçiliyin təkcə İspaniyada deyil, bütün dünyada olduğunu, İspaniyada azarkeşlərə qarşı xüsusi mübarizə aparmadığını vurğulayan braziliyalı futbolçu daha sonra, "İspaniyanın irqçi bir ölkə olmadığına əminəm, amma çoxlu irqçi var və əksəriyyəti stadionlardadır. Bəzi düşüncələri dəyişdirmək lazımdır, çünki onlar irqçiliyin nə olduğunu bilmirlər. 23 yaşım var və bir çox ispanlara irqçiliyin nə olduğunu öyrətmirəm. Məni narahat edən hadisələr ailəmi də çox üzdü. Fanatlar məni dəri rəngimə görə təhqir edirlər ki, meydanda pis oynayım və mənə başqa şeylər desinlər. Onlara heç nə deməyəcəyəm. Biz qaradərililər nə etməli olduğumuzu bilirik. Yalnız nələr keçirdiyimizi özümüz bilirik. Bəzi şeyləri dəyişmək üçün hamımız birləşə bilərik. Mən indi irqçilik haqqında daha çox bilirəm. Bunu araşdırdım. Məhəmməd Əli nümunəvi insan idi və mən braziliyalılar adından danışıram, çünki onların əksəriyyəti məni dəstəkləyir. Artıq bu məsələ ilə bağlı sualları hücum kimi görmürəm və onlara lazımlı cavabı verirəm" - deyə əlavə edib.
Səbuhi Həsənov
Şərhlər