ATV-də yayımlanan "Maşın” şoununu üç finalçıdan biri tərk edib.
"Qaynarinfo" metbuat.az-a istinadən xəbər verir ki, "Maşın” realiti şousunun finalına müğənni Xatun, Talıb Taleh və Vüsalə Əlizadə qalmışdı. Artıq onlar gecədən əllərini maşının üzərindən çəkməyərək, bütün gecəni maşının yanında ayaq üstə durmalı idilər.
Sosial şəbəkələrdə yayılan məlumata görə, gecə saatlarında səhhətində problem yaranan tanınmış aparıcı Vüsalə Əlizadə əlini maşının üzərindən çəkib və şounu tərk edib.
Qeyd edək ki, bir gün öncə aparıcı səhhətindən şikayət edirdi.
Qaynarinfo.Az
Şərhlər