Ölkə 13:47 03.08.2018

Vüsalə Mahirqızı APA-nın aqibəti haqda danışdı: “Araşdırma aparılır”

"APA Holding”in prezidenti Vüsalə Mahirqızı bu media quruluşuna daxil olan saytların bloklanması ilə bağlı açıqlama verib.

Qaynarinfo xəbər verir ki, holding rəhbəri "Facebook" hesabından qısa açıqlama yayıb: 

"Müəyyən problemlər yarandığına görə "APA Holding"ə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb. Araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”.

Xatırladaq ki, "APA Holding"ə daxil olan saytların fəaliyyəti avqustun 1-də axşam saatlarında dayandırılıb. Nəticədə Apa.az, Lent.az, Vesti.az, APA.TV saytlarına giriş məhdudlaşıb.