Fəaliyyətini dayandırmış "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızının yaxın günlərdə yeni informasiya agentliyi yaradacağı barədə məlumat yayılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, ONA.Az domeni ilə fəaliyyət göstərəcək yeni İnformasiya Agentliyinin işçi heyəti əsasən "APA Holdinq"in keçmiş kollektivi əsasında qurulacaq.
Yeni domen "APA-Holdinq"in keçmiş işçisi Zaur Xəlilovun adına artıq qeydiyyatdan keçib.
Holdinqin sabiq işçilərindən biri demokrat.az-a açıqlamasında yeni informasiya agentliyinin açılmaqda olduğunu və artıq onlara işə çıxmaları ilə bağlı tapşırıq gəldiyini təsdiqləyib.
Amma V.Mahirqızı demokrat.az-a açıqlamasında xəbərin doğru olmadığını söyləyib.
O, "APA Holdinq" fəaliyyətini bərpa edəcəyi barədə xəbərin səhv olduğunu deyib:
"Hazırda bizim fəaliyyətimiz var, ancaq bu media sahəsində deyil. "APA Holdinq"-in bərpa olunacağı barədə xəbərlər səhvdir".
Şərhlər