Yeni funksiya messencerin "iOS” və "Android” sistemləri üçün son yeniləməsində əlçatandır. Sözügedən yenilik artıq 30 iyul tarixindən işləyir, – şirkətin korporativ bloqunda deyilir.
Qaynarinfo "ICTnews”a istinadən xəbər verir ki, qrup zəngində 4-dək istifadəçi iştirak edə bilər. Bunun üçün öncə həmin istifadəçilərdən birinə zəng vurmaq, daha sonra ekranın yuxarı sağ küncündə yerləşən "iştirakçıları əlavə etmək” düyməsinin üzərinə sıxmaq lazımdır.
Qrup zəngləri adi zənglər kimi "end-to-end” şifrlənməsinə malikdir.
Şərhlər