Foto 16:00 21.08.2018

Xaçmazda 20-dən çox qəbir yandı (FOTOLAR)

Bu gün Xaçmaz rayonunun Həcəlbəy kəndində qəbiristanlıq sahəsində güclü yanğın baş verib.

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın zamanı başdaşı taxtadan olan 20-dən çox qəbir  yanıb.

Eyni zamanda mərmərdən olan sinə daşlarına da ziyan dəyib. Gözətçi Şahbaz Musatafeyvin verdiyi məlumata görə, yanğın qəbiristanın alt hissəsindən başlayıb və 20 dəqiqə ərzində ətrafı bürüyüb. Hadisəni kimin törətməsi haqqında məlumat yoxdur. 

Hadisə yerinə rayon yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub. Yarım saat müddətində yanğının qarşısı alınıb.  Nəticədə 1 hektar ərazi yanıb. Yanğının baş vermə səbəbləri barədə araşdırma aparılır.