Xəbər lenti

Xalq artisti aktryorların pozulmuş hüquqlarının bərpasını tələb etdi
Sənət 12:29 23.10.2021

Xalq artisti aktryorların pozulmuş hüquqlarının bərpasını tələb etdi

Xalq artisti, Gənc Tamaçaşılar Teatrının aktyoru Yasin Qarayev sənət adamlarının pozulmuş hüquqlarının müdafiəsinə qalxıb. 
 
Qaynarinfo xəbər verir ki, aktyor dəvət aldığı verilişlərdən, müsahibə verdiyi media orqanlarından qonorar haqqının bərpa olunmasını istəyir:

"Məni bir şey çox düşündürür. Xahiş edirəm, heç kimin nə xətrinə dəysin, nə də məndən incisin. Məsələ belədir. Bizim bəyənmədiyimiz sovetlər dövründə bəstəkar, musiqici, müğənni, aktyor, rejissor qəzet, radio, televiziyalar və s. tərəfindən dəvət alanda həmin adamlara zəhmət haqqı əvəzi görulən isin müqabilində muəyyən miqdarda qonorar yazırdılar. Son zamanlar isə acıq-açığına hiss olunur ki, guya bütün sənət adamlarının qəzet, radio, televiziyaların hamısına borcu var. Yəni havayı işləməlidirlər. Sənət adamını televiziya verlişinə və yaxud da qəzet, radio musahibəsinə dəvət edirlər. Bu, çox yaxşı əlamət, gözəl işdir... O da işlədiyi müəssisədə məşqini, işini, gücünü, tamaşasını ala-yarımçıq qoyub taksiyə oturur, 5-10 manat da xərcləyib ozünü çatdırır həmin tədbirə. Vaxtı, günü də havayı kecir, bir qara qəpiyin də yiyəsi olmur. İşdə də üzü o ki var danlanır. Ki: "Ayıbdır, işi atıb 5-10 manat qazanmaq xatirinə "xaltura”ya - verilişlərə gedirsən!" İndi məni bir şey düşündürür. Görəsən dünyanın başqa-başqa ölkələrində də sənət adamlarını bu şəkildə, havayı istismar edirlər?..”

Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlik də həmkarının fikirləri ilə həmrəy olduğunu vurğulayıb:

"Dünyanın heç bir ölkəsində belə hal yoxdur. Sənət adamı bir verilişə çağırılırsa, o verilişə telekanal məbləğ ayırır. Redaktor, rejissor, operator, hamı qonorar alır. O verilişi baxımlı edən ora dəvət olunun sənət adamıdır. Niyə onun əməyi qiymətləndirilmir? Yasin Qarayev düz deyir".
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->