Sənət 11:46 29.02.2020

Xalq artisti harada dəfn ediləcək?

Xalq artisti, mərhum Ağaxan Salmanlı Yeni Suraxanı kənd qəbiristanlığında dəfn olunacaq.

Bunu Qaynarinfo-ya Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib. Onun sözlərinə görə, Ağaxan Salmanlı ilə vida mərasimi Yeni Suraxanı kəndində yaşadığı evdə keçiriləcək:

"Ağaxan Salmanlı bu gün dəfn olunacaq. O, Suraxanı qəbiristanlığında torpağa tapşırılacaq. Əlbəttə ki, nazirlik də vida mərasimində iştirak edəcək".

Qeyd edək ki, Xalq artisti Ağaxan Salmanlı bu gün səhər saatlarında 78 yaşında dünyasını dəyişib.

Bahar Rüstəmli