Sənət 17:52 12.01.2022

Xalq artistindən Novruz Qartalla bağlı ciddi eyhamlar: “Hacıbaba direktor olanda...”

"Novruz Qartala Musiqili Komediya Teatrında və Mədəniyyət Nazirliyində də haqsızlıqlar olub”.

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Tariyel Qasımov mərhum aktyor Novruz Qartaldan danışarkən deyib.
 
Onun sözlərinə görə, dövlət tərəfindən müəyyən imtiyazlar almaq üzlülük tələb edir:

"Mən Novruz Qartalı bir insan kimi çox istəyirdim. Aktyor kimi özünəməxsusluğu vardı, tamaşaçılar onu sevirdi. Bizim aramız yaxşı idi, bir-birimizə münasibətimiz vardı. Çox mehriban görüşərdik. Ona layiq olduğu adı vermədilər, kirayədə yaşayıb həmişə. Novruz Hacıbaba Bağırovun aktyorudur. Gərəsən Hacıbaba direktor olanda  niyə ona ev almaqda dəstək vermədi? Hacıbaba həmişə onu işlədib. Nə deyim axı? Adam bir az təvazökar olanda onu saymırlar. Gərək bir az həyasız olasan ki, nəsə qoparasan. Çox həyalı adam idi. Allah rəhmət eləsin”.

Tariyel Qasımov Xalq artisti Afaq Bəşirqızın mərhum aktyor Novruz Qartal haqqında "Onun haqqında bu qədər yazırsınız, daha bəsdir. Novruz Qartalı eləmisniz Milli Qəhrəman” fikirlərinə də münasibət bildirib. Tariyel Qasımov hesab edir ki, Novruz Qartalın ünvanına belə ifadə yolverilməzdir:

"Mən də bu sözləri eşitdim. Heç gözləmək olmazdı Afaq xanımdan. Niyə elə deyib? Arası yoxdur, Novruzu sevmirdisə, bu onun öz işidir. Amma Novruz Qartalın ünvanına belə bir ifadəni demək ona yaraşmr. Nə deyim vallah, mən bunu Afaq xanımdan gözləməzdim”.

Bahar Rüstəmli