Sənət 17:53 12.02.2020

Xalq artistinin oğlunun vəziyyəti ağırlaşdı: Müayinəyə imkan yoxdur... (FOTO)

Mərhum aktyor, Xalq artsiti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalovun səhhəti ağırlaşıb.

Aktyorun qızı Gülbəniz Zeynalova Qaynarinfo-ya açıqlamasında bildirib ki, böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən Məmməd Zeynalovda ağciyər xərçəngi aşkarlanıb:

"Müayinə olunmaq üçün getmişdi. Yoxlamadan sonar dedilər, həm də xərçəng olmusan. İstəyirik, onu yenidən yoxlasınlar. Müayinə üçün də imkanımız yoxdur. İmkanlı adamlardan kömək etmələrini istəyirik”.

Qeyd edək ki, mərhum aktyor, Xalq artsiti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalov uzun illərdir  böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir.

Bahar Rüstəmli